Kil limanı təxminən 100.000 sərnişini olan 60 kruiz gəmisi qəbul edib

215

Bu ilin birinci yarısında Almaniyanın Kil limanı üzərindən yük dövriyyəsi 8,25% artaraq 3,66 milyon ton təşkil edib. Bərələrlə (yük maşınları və qoşqular) yük daşınması daha çox – 12,7% artıb.

“Seanews.az” xəbər verir ki, Kil limanının direktoru Dirk Klaus yükaşırma müəssisəsinin tarixində ilk dəfə olaraq, yarısından çoxu müşayiət olunmayan 100 min ədəd yük maşını və qoşqu keçdiyini bildirib. Xüsusi ilə Geteborq və Klaypedaya bərələrlə yük axınının artdığını qeyd edib.

May ayının sonundan etibarən, koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlərin yumşaldılması ilə sərnişin axını da artmağa başlayıb. İyul ayının sonunadək Kil limanı, təxminən 100.000 sərnişini olan 60 kruiz gəmisi qəbul edib. Bu, pandemiyadan əvvəlki göstəricinin yarısından bir qədər çox olmasına baxmayaraq, hazırkı şəraitə görə pis nəticə sayılmır.