Dəniz limanlarında 5,1 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

202

Yanvar-iyul aylarında dəniz limanlarında 5 milyon 184,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 4 milyon 937,1 min tonunu və ya 95,2 faizini tranzit yüklər təşkil edib. Avqustun 1-nə limanlarda qalan yüklərin həcmi 136,5 min ton olub.

Yeddi ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 31,4 faiz azalaraq 8,1 min nəfər təşkil edib.