Azərbaycanda balıqçılığın inkişafı üzrə strategiya hazırlanacaq

191

Bu ilin sonunadək Azərbaycanda müəyyən olunan iqtisadi zonaların hər biri üzrə ayrı-ayrılıqda balıqçılığın inkişafına dair strategiya hazırlanacaq.

Bunu “APA-Economics”ə “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı deyib.

Onun sözlərinə görə, burada söhbət həmçinin, işğaldan azad olunan ərazilərdən gedir ki, burada zəngin su qaynaqları mövcuddur.

“Biz işğaldan azad olunan ərazilərə baxış keçirdik. Bu ərazilərdə zəngin su qaynaqlarının olduğunu nəzərə alaraq, balıqçılığın inkişafına dair böyük potensial olduğunu bildirdik. Hesab edirəm ki, işğaldan azad olunan ərazilərdə təhlükəsizlik məsələləri həll olunandan sonra, iqtisadi zonaların hər biri üzrə ayrı-ayrılıqda balıqçılığın inkişafına dair strategiyanı müəyyən edib təqdim edə bilərik”, – deyə Z. Salmanlı qeyd edib.