Limanlardakı sıxlıq balkerlərə də problemlər yaşadır

183

“Seanews.az” xəbər verir ki, quru yük gəmilərinin sahibləri və operatorları limanlardakı sıxlıq səbəbindən problemlər yaşamağa başlayıblar.

Dünya limanlarında balkerlərin növbəsi pik həddə çatıb. “Braemar ACM”-in məlumatına görə, ötən həftə yüklənməsini/ boşaldılmasını gözləyən balkerlərin ümumi yükü 142 milyon ton olub.

Növbə gözləyən gəmilərin üçdə biri Çin limanlarının payına düşür. Həftə sonu, balkerlər rekord göstərici – ümumi  52,7 milyon ton dedveytlə ölkənin limanlarına yan almaq üçün növbəyə dayanıblar.  

“Splash” yazır: “Çinin limanlarında tıxacların artması, bu ölkədə “COVID-19” və yeni ştampla mübarizə ilə bağlı görülən ehtiyat tədbirlərdən qaynaqlanır.”

Yaxın gələcəkdə Çinin limanlarında “COVID-19” bağlı problemlərin bir gecədə azalacağını düşünmək isə sadəlövhlük olar.