“UECC”-in ekoloji cəhətdən təmiz gəmilərinin sayı beşə çatdırılacaq

196

Çinin Şanxaydakı “Jiangnan” gəmiqayırma zavodunda Norveçin “United European Car Carriers” (“UECC”) şirkəti tərəfindən 2019-cu ildə sifariş verilmiş  avtomobil və yük maşınlaının daşınması üzrə ixtisaslaşdırılmış üç gəmidən ikincisi metal kəsimindən cəmi bir il sonra suya buraxılıb.

“Seanews.az” xəbər verir ki, uzunluğu 169 metr, eni  28 metr olan gəmi 10 yük göyərtəsinə 3600 nəqliyyat vahidi qəbul edəcək. Avtomobil və yük maşınlarından əlavə olaraq, gəmi hündür, ağır və böyük ölçülü müxtəlif yüklər də daşıya bilir.

Hər üç gəminin 2022-ci ilin birinci yarısına qədər sifarişçiyə təhvil verilməsi nəzərdə tutulub. İlk avtomobil daşıyan gəmi isə cari ilin payızında sınaq səfərindən sonra istifadəyə verilməlidir.

Hibrid güc sistemləri ilə təchiz olunan bu gəmilər mayeləşdirilmiş təbii qaz və akkumulyator batareyaları ilə işləyə biləcəklər.