“SOCAR Turkey Enerji” və “Azertelecom” Türkiyədə birgə müəssisə yaradır

216

Türkiyə Rəqabət Qurumu “SOCAR Turkey Enerji” AŞ və “Azertelecom” MMC arasında birgə müəssisənin yaradılmasını təsdiqləyib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, yeni şirkət “Transanatolian Fiber Taf Telekomtsnikasyon Hizmetleri” AS adı altında telekommunikasiya sektorunda fəaliyyət göstərəcək.

Xatırladaq ki, “SOCAR Turkey Enerji” AŞ (SOCAR Türkiye) 2008-ci ildə “Petkim”in 51 % səhmlərinin Özəlləşdirmə İdarəsindən satın alınaraq fəaliyyyətə başladı.

Yekunlaşdığında 19,5 milyard ABŞ dollarına çatacaq nəhəng layihələrini ard-arda həyata geçirən SOCAR Türkiyenin tərkibində “Petkim”, “TANAP”, “STAR NEZ”, “SOCAR Terminal”, “Petkim RES”, “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “SOCAR Enerji Ticaret”, “Millenicom”, “SOCAR Ticarət” ve “SOCAR Depolama” kimi sektorunda lider şirkətlər var.