“Estoniya” bərəsinin qalıqları yenidən araşdırılacaq

262
“Seanews.az” xəbər verir ki, bu payızda 1994-cü ildə dənizə qərq olmuş “Estoniya” bərəsinin batması ilə bağlı yeni araşdırma aparılacaq.

Bu barədə çərşənbə günü Estoniya Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri Rene Arikas “Eesti Express” qəzetinə bildirib.

“Gəminin qalıqlarının yanındakı bütün metal əşyaların xəritəsi çəkiləcək. “Bir qəhvə fincanından daha böyük bir şey tapacağıq”,- deyə R. Arikas bildirib.

İsveç və Estoniya gəminin qalıqlarını gələn il daha ətraflı araşdırmağa hazırlamaq məqsədi ilə iyul ayında ilkin araşdırma aparıb. Estoniya, İsveç və Finlandiyadan olan 28 mütəxəssis on gün ərzində çoxfunksiyalı “EVA-316” buzqıran və “Electra af Asko” tədqiqat gəmilərində bunun üzərində çalışıblar. Mütəxəssislər bərənin ciddi zədələndiyini aşkar ediblər.