“İda” qasırğası Luiziana istiqamətində dördüncü kateqoriyaya çatıb

262

Luiziana ştatının sahilboyu yolunda “İda” qasırğası Saffir-Simpson şkalası üzrə dördüncü kateqoriyaya çatıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Qasırğaları Müşahidə Milli Mərkəzi məlumat yayıb. Məlumata görə, hazırda “İda” saatda 24,1 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Küləyin sürəti saniyədə 58,1 metrə çatıb.

Luiziana, Missisipi və Alabama ştatlarının sahilboyunda daşqın təhlükəsi elan edilib. Regionda leysan gözlənilir.

Daha əvvəl Luiziana ştatının qubernatoru Con Bel Edvards bildirmişdi ki, hökumət orqanları indiki qasırğanın azı son yarım əsrdə ən güclü olmasından ehtiyat edirlər. Luiziananın 320 kilometrdən çox sahil xəttində təxliyənin vacibliyi haqqında xəbərdarlıq qüvvədədir.