İki dənizi birləşdirəcək layihə 4,45 milyard dollara başa gələcək

197

“Seanews.az”-ın məlumata görə, çərşənbə günü Qahirədə Misir hökuməti Almaniyanın “Siemens” konsorsiumu ilə Qırmızı və Aralıq dənizləri arasında yüksək sürətli dəmir yolu xəttinin inşasına dair müqavilə imzalayıb.

15 ilə gerçəkləşdiriləcək nəhəng layihədə “Orascom Construction” və “Arab contarctors” şirkətləri də iştirak edəcəklər.

Ümumilikdə 660 kilometr uzunluğunda olacaq yüksək sürətli dəmir yolu xətti ilə ildə 30 milyon sərnişin daşınması nəzərdə tutulur.

Qatarlar Qırmızı dəniz sahilindəki Ayn-Soxnadan Aralıq dənizi sahilindəki İsgəndəriyyə şəhəri və Marsa Matruh limanı marşrutu üzrə hərəkət edəcək.

Layihə 4,45 milyard dollara başa gələcək.