Dənizçiləri “vaxtı keçmiş” sənədlərə görə işə götürməyən şirkətlər də var

212

“Seanews.az”-ın məlumatına görə,  bu gün müddəti bitmiş/uzadılmış sənədləri olan ukraynalı dənizçiləri Ukraynanın İnfrastruktur Nazirliyinin Beynəlxalq Dəniz Təşkilatına “Dənizçilərin sənədlərinin uzadılması haqqında” məktubu əsasında işə götürən şirkətlər də var, işə götürməkdən imtina edənlər də.

Dənizçilərin rəyinə əsaslanaraq, “vaxtı keçmiş” sənədləri olan dənizçiləri çək-çevirə çox salmadan işə götürən şirkətlərin siyahısı hazırlanıb.

Qeyd edək ki, Ukraynanın İnfrastruktur Nazirliyinin Beynəlxalq Dəniz Təşkilatına yazdığı sonuncu məktubda ukraynalı dənizçilərin ixtisas sənədlərinin etibarlıq müddətinin 2022-ci il iyunun 30-dək  uzadıldığı bildirilirdi.