10 konteyner gəmisi sifariş verib

270

“Seanews.az”-ın məlumatına görə, “OOCL” şirkəti, 16 min TEU tutumlu 10 konteyner gəmisi sifariş verib. Sifarişin ümumi dəyəri 1,57 milyard dollardır.

Tikinti işləri “Cosco”-nun nəzarəti altında  Çinin iki gəmiqayırma zavodunda  – “Nantong COSCO KHI Ship Engineering Co., Ltd.” (NACKS) və “Dalian COSCO KHI Ship Engineering Co. Ltd.” (DACKS) -də aparılacaq.  Hər bir gəmiqayırma müəssisəsi 5 konteynerdaşıyan inşa edəcək.

Yeni gəmilər 2024-cü ilin dördüncü rübündən 2025-ci ilin dördüncü rübünə qədər  sifarişçiyə təhvil verilməlidir. Konteynerdaşıyan gəmiləri enerjiyə qənaət edən və ətraf mühitə  tullantıları minimuma endirən  ən müasir texnologiyalarla təchiz ediləcək.