İMF: “Bu il Azərbaycanın mal və xidmət ixracı 9 % azalacaq, idxalı 3% artacaq”

209

Bu il Azərbaycanda mal və xidmət idxalının həcminin 3,1 % artacağı proqnozlaşdırılır.

“Report” Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına istinadən xəbər verir ki, idxalın həcmində ötən il 5,1 % azalma qeydə alınıb.

Məlumata əsasən, Azərbaycanda mal və xidmət idxalının həcmi 2022-ci ildə 1 %, 2023-cü ildə isə 2,6 % azalması gözlənilir.

Bu il Azərbaycanın mal və xidmət ixracının həcmində azalma ötən ilin faktiki göstəricisi ilə müqayisədə 8,2 faiz bəndi artaraq 8,9 %-ə çatıb. Bu göstəricinin isə 2022-ci ildə %, 2023-cü ildə 0,3 % artacağı gözlənilir.