Akabə limanında kruiz terminalı yaradılacaq

218

“AD Ports Group” şirkəti Akabənin İnkişaf Korporasiyası ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, “AD Ports Group”, Akabədə – Marsa Zayeddə ən müasir kruiz terminalını inşa edəcək.

“Seanews.az” xəbər verir ki, bu, “AD Ports Group” tərəfindən İordaniya krallığında hazırlanan ilk müəssisə və Birləşmiş Ərəb Əmirliklərindən xaricdə ilk kruiz obyekti olacaq.

Akabənin giriş qapısı olacaq yeni terminal Qırmızı dənizə səfərlər edən sərnişin gəmilərini qəbul edəcək.