Dənizçilər arasında futbol yarışı keçiriləcək

361

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və ASCO-ya daxil olan strukturların aparat işçiləri arasında futbol turnirinin keçirilməsi nəzərdə tutulur.

Yarışa 5 oktyabr tarixindən başlanacaq. 

Turnirdə iştirak etmək istəyən sturuktur idarələr ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinə müraciət edə bilərlər.

Qalib komanda diplom, kubok və medallarla təltif ediləcək.

Qeyd edək ki,ASCO-da belə yarışlar mütəmadi olaraq təşkil edilir. Məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan  ibarətdir.

seanews.az