Norveç limanlarında xarici dənizçilər də pulsuz peyvəndlənə biləcəklər

219

İstənilən millətdən olan dənizçilər öz istəyi ilə ABŞ, Belçika, Hollandiya, Almaniya, Kanada, Danimarka, Avstraliyanın Kvinslend əyaləti, Rusiya və artıq  Norveçdə də peyvənd oluna bilərlər.

“Seanews.az” xəbər verir ki, Norveçdə peyvəndləmə üçün məsuliyyəti çiyninə götürəcək nəqliyyat şirkətlərinə vaksin pulsuz veriləcək. Dənizçilərə “Pfizer” və “Moderna” peyvəndləri təqdim ediləcək.

Norveç Gəmi Sahibləri Assosiasiyasının baş direktoru Harald Solberq  bunun gəmiçilik şirkətləri və xarici dənizçilər üçün əhəmiyyətli bir tədbir olduğunu vurğulayıb. Məsələn, Filippin və İndoneziya kimi Asiya ölkələrindən olan dənizçilər öz vətənlərində peyvənd proqramı ilə əhatə olunmayıblar və eyni zamanda səyahət məhdudiyyətləri və karantin tələblərindən ciddi ziyan görüblər.

“Dünyada hər beş dənizçidən yalnız birinə peyvənd təklif edilir və digər şeylər arasında heyət dəyişikliyi və dənizçilərin tibbi xidməti ilə əlaqədar hələ də ciddi problemlər var. Bu səbəbdən, dənizçilərin peyvəndlənməsi proqramından Norveçin də kənarda qalmaması çox sevindiricidir”,-deyə baş direktor bildirib.