Türkiyənin dəniz sularında 75 nəfərin həyatı xilas edilib

217

Türkiyənin sahil təhlükəsizlik qüvvələri ölkənin dəniz sularında batmaq təhlükəsi ilə üz-üzə olan daha 75 qaçqının həyatını xilas edib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İzmir vilayətinin Səfərihisar, Dikili və Çeşmə rayonlarının sahil sularında xilas edilən qaçqınlar aidiyyəti dövlət orqanlarına təhvil veriliblər. Bildirilir ki, onlar Yunanıstanın təhlükəsizlik qüvvələri tərəfindən bu səmtə gəlməyə məcbur ediliblər.