“HUA HONG 18” tankerində partlayış baş verib

213

Çində tankerdə partlayış nəticəsində üç dənizçi həyatını itirib.

“Seanews.az”-ın məlumatına görə, partlayış “HUA HONG 18” tankerində baş verib.

Qəza zamanı gəmi Uxu (Yantszı çayı) yaxınlığında olub. Tanker sentyabrın 25-də ora gəlib və təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulmuş xüsusi ərazidə dayanıb.

Partlayış nəticəsində tankerin heyət üzvlərindən 3-ü ağır yaralanıb.

Xəsarət alanların daha sonra xəstəxanada dünyalarını dəyişdikləri bildirilir.