Nəhəng şirkətlər ətraf mühitlə bağlı tələblərin sərtləşdirilməsini istəyirlər

222

150-dən çox şirkət,  2050-ci ilə qədər gəmiçilik sənayesini sürətlə karbonsızlaşdırmaq üçün dünya hökumətlərini ekoloji tələbləri daha da sərtləşdirməyə çağırıb.

“Seanews.az”-ın məlumatına görə, bu barədə “Fəaliyyətə çağırış” adlı sənəddə bildirilir.

“Shell” və “BP” kimi nəhəng şirkətlər, konteynerdaşımada liderliyi əldən verməyən Danimarkanın “Maersk” gəmiçilik şirkəti də planetin xilas edilməsi təşəbbüsünə qoşulublar.

Beynəlxalq Dəniz Təşkilatı (IMO) daha əvvəl 2050-ci ilə qədər emissiyanı 2008-ci ilin səviyyəsindən 50 faiz azaltmaq öhdəliyini elan etmişdi. İndiki təşəbbüsün tərəfdarları bunu ətraf mühitə bağlı Paris Sazişində nəzərdə tutulan məqsədə nail olmaq üçün kifayət etmədiyini düşünürlər.

Anlaşma tərəflərindən biri olan “Trafigura” ticarət şirkətinin rəhbəri Ceremy Veyr, emissiyalardan qurtulma prosesini sürətləndirmək üçün siyasətçilərin “tarixi bir fürsətə” malik olduqlarını vurğulayır. Onun düşüncəsinə görə, buna, gəmiçilik sənayesində istifadə olunan yanacaqlara karbon vergisi hesabına və sıfır emissiyalı gəmilərin inşasına investisiyanı təşviq etməklə nail olmaq mümkündür.

Qeyd edək ki, dünya ticarətinin təxminən 90 faizi dəniz yolu ilə həyata keçirilir, bununla belə,  ətraf mühitə atılan zərərli tullantıların cəmi 3 faizi  gəmilərin payına düşür.