“SOCAR Polymer” ixrac gəlirlərini 74 % artırıb

273

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi “SOCAR Polymer” MMC 142,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 60,6 milyon ABŞ dolları və ya 73,8 % çoxdur.

“SOCAR Polymer”in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.