Ceyhan terminalından bu il 200-dən çox tanker yola salınıb

218

Türkiyənin “BOTAS International Limited” (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,72 mlrd. barelə yaxın neft yola salınıb.

Bu barədə “APA-Economics”ə BIL-dən bildirilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Məlumata görə, hesabat dövründə terminaldan 4 864 tanker neft ilə yüklənilib və yola salınıb. Bu il (oktyabr 1-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 148 891,78 min barel neft 205 tankerə yüklənilərək göndərilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən BTC-nin Türkiyə ərazisində istismarı ilə məşğul olur.