Bakı Limanının təşkilatçılığı keçirilən daha bir təlim uğurla yekunlaşdı

232

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, Antverp Beynəlxalq Limanının “APEC Beynəlxalq Təlim Mərkəzi” ilə birgə “Strateji planlama, biznesin inkişafı və marketinq” adlı master-klass təlimi yekunlaşıb. 4 günlük təlimin sonuncu günüdə iştirakçılar, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edərək burada terminalların iş prinsipi, yükaşırma üsulları və limanın texniki imkanları ilə yerində tanış olublar. Daha sonra təlimi başa vuran iştirakçılara “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorun müavini Söhrab İsmayılov tərəfindən Antverp Beynəlxalq Limanı “APEC Beynəlxalq Təlim Mərkəzi”-nin də təsdiqlədiyi rəsmi sertifikat təqdim edilib.
Qeyd edək ki, sözügedən təlim çərçivəsində Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının Biznesin İnkişafı üzrə Baş müşaviri cənab Niko Says, ölkəmizin 16 dövlət və özəl şirkətlərinin korporativ idarəetmə, strateji planlama, biznesin inkişafı, təchizat zəncirinin idarə edilməsi, maliyyə cəlbi, marketinq, eləcə də kiçik və orta biznesin inkişafı üzrə məsul olan şəxslərinə interkativ formada təlim keçib. Belə təlimlərin növbəti aylarda da keçirilməsi nəzərdə tutulur. Hər bir təlimlə bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.