Qara dənizdə NATO-Gürcüstan təlimi keçirilib

203

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Sahil Mühafizəsi və NATO-nun Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qara dənizdə birgə təlim keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Təlimlərdə NATO-nun – ESPS RAYO (İspaniya), ROS LT LUPU DINESCU (Rumıniya), BGS SHKVAL (Bolqarıstan), TCG EDINCIK (Türkiyə) və ITS VIAREGGIO (İtaliya) gəmiləri iştirak edib.

Məqsəd Gürcüstan və NATO Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı uyğunluğun artırılması və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsidir.