Müflis olan Murmansk Dəniz Gəmiçiliyinin donanması və daşınmaz əmlakı 1,8 milyard rubla satılır

252

Keçən ilin oktyabr ayında müflis elan edilən “Murmansk Dəniz Gəmiçiliyi” SC-nin əmlakı 1,8 milyard rubl ilkin qiymətlə hərraca çıxarılıb.

“Seanews.az” xəbər verir ki, satış noyabrın 12-də keçiriləcək. Müraciətlər noyabrın 9-dək qəbul olunur.

Yayımlanan sənədlərdən belə bəlli olur ki, 21 obyekt açıq hərraca çıxarılıb. Bura Gəmiçilik muzeyinin və Rusiya Xarici İşlər Nazirliyinin regional ofisinin yerləşdiyi “Murmansk Dəniz Gəmiçiliyi” SC-nin inzibati binası, “Moryak” mehmanxanasının binası, torpağa uzunmüddətli icarə hüququ ilə  Moskvada Taras Şevçenko küçəsindəki binalar, eləcə də donanma: “Kapitan Danilkin”,”Yuri Arşenevski”,”Qrumant” gəmiləri, “Vladimir İqnatyuk” buzqıran gəmisi, “Kotlas”neft tankeri və “Klavdiya Yelanskaya” teploxodu və s. daxildir.