Türkiyə və Ukrayna XİN başçıları Qara dənizdəki təhlükəsizliyi müzakirə ediblər

225

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna xarici siyasət idarəsinin rəhbəri Dmitri Kuleba ilə Qara dənizdəki təhlükəsizliyi müzakirə edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflər təhlükəsizliyi təmin etmək naminə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

“Qara dənizdəki təhlükəsizlik bugünkü danışıqlarımızın əsas mövzularından biri idi. Qərara gəldik ki, Qara dənizdəki təhlükəsizlik və maraqlar balansı təmin edilməlidir. Regionda kiminsə təcavüzkar hərəkətlərinə yer olmamalıdır”, – D.Kuleba deyib.