Dənizdə külək elektrik stansiyasına xidmət edən gəmilər tikiləcək

228

Xüsusi təyinatlı gəmilərin yaradılması üzrə ixtisaslaşan “VARD” şirkəti “Norwind Offshore” ilə dəniz külək stansiyalarının istismara verilməsi və onlara xidmət göstərilməsi üçün iki gəminin layihələndirilməsi və inşasına dair müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, üç gəminin ümumi müqavilə qiyməti 1.4 milyard Norveç kronudur.

İki gəmi Olesunddakı (Norveç) “VARD” layihə-konstruktor bürosu tərəfindən hazırlanan “VARD 419” layihəsi əsasında inşa ediləcək. Bu tip gəmilər bütün dünyada dənizdəki külək elektrik stansiyalarının külək turbinlərinə xidmət üçün nəzərdə tutulmuşdur.

“VARD 419” layihəsinin ilk gəmisinin gövdəsi avadanlıqlarla birlikdə Rumıniyanın “Vard Braila” gəmiqayırma zavodunda inşa ediləcək və 2023-cü ilin ikinci rübündə Norveç gəmiqayırma zavodunda sifarişçiyə – “Norwind Offshore”-a təhvil veriləcək.

İkinci gəmi Vyetnamın “Vard Vung Tau” gəmiqayırma zavodunda inşa ediləcək və 2024-cü ilin üçüncü rübündə istismara verilməsi nəzərdə tutulur.

“VARD 108” layihəsinin üçüncü gəmisindən (81m x18m) əvvəllər Asiya və Avstraliyada dəniz platformalarının təmini işlərində istifadə edilmişdir.  Bu gəmi təyinatının dəyişdirilməsi və lazımi avadanlıqlarla təchiz olunması üçün Norveçin “VARD Brattvaag” zavoduna göndəriləcək və 2022-ci ildə “Norwind Offshore”-a təhvil veriləcək.