Gəmiçilik şirkətlərindən istehlak edilən hər ton mazut üçün 2 dollar məbləğində karbon qazı vergisi almaq təklif olunur

274

2023-cü ildə dəniz üzgüçülüyündə karbon qazı vergisinin tətbiq edilməsi və 2050-ci ilə qədər dəniz nəqliyyatı sahəsinin tamamilə karbonsızlaşdırılması təklif olunur.

“Seanews.az” xəbər verir ki,  bu təklif, Beynəlxalq Dəniz Təşkilatına dünya ticarətinin  80%-ni təmsil edən Beynəlxalq Gəmiçilik Palatasından (ICS) daxil olub.

Bu məqsədlə təşkilat, gəmiçiliyin yaşıl texnologiyalarının inkişafı üçün 5 milyard dollarlıq büdcəsi olan bir fond yaratmağı və gəmiçilik şirkətlərindən maliyyələşdirmək üçün istehlak edilən hər ton mazut üçün 2 dollar məbləğində karbon qazı vergisi almağı təklif edir.

Beynəlxalq Dəniz Təşkilatına  belə bir fondun yaradılması təklifi 2021-ci ilin mart ayında uyğun bayraq ölkələr də daxil olmaqla bir çox dövlətlərin  hökumətlərindən –  Gürcüstan, Yunanıstan, Yaponiya, Liberiya, Malta, Nigeriya, Sinqapur, İsveçrədən daxil olub.

Daha sonra, fondun sponsoru kimi çıxış etməyə hazır olduğunu bildirən Danimarka bu ölkələrə qoşulub.