İddiaçıların ixtisas üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyat elan edilir

246

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası” təsdiq edilmişdir və ixtisas üzrə fəlsəfə doktoru imtahanları 2021-ci ilin dekabr ayında “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq təşkil edilməlidir. Qaydaya əsasən, ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanı iddiaçının seçiminə uyğun olaraq, dissertasiya işinin yerinə yetirildiyi və ya dissertasiya müdafiəsinin keçiriləcəyi elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində verilir. Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiyanın ilkin müzakirəsinə buraxılması üçün mütləq şərtdir. 

            Bu Qaydaya uyğun olaraq, iddiaçıların ixtisas üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün 11 oktyabr 2021-ci il tarixindən 29 oktyabr 2021-ci il tarixinədək ərizələrin qəbulu elan edilir. İddiaçı şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmaqla ərizə ilə ADDA-ya müraciət etməlidir.

adda.edu.az