TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar cüzi azalıb

266

Bu ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 27 142,5 min ton təşkil edib, bu da illik müqayisədə 0,1% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 15224,1 min tonu və ya 56,1%-i avtomobil nəqliyyatı, 8819,3 min tonu və ya 32,5%-i dəmir yolu nəqliyyatı, 3099,1 min tonu və ya 11,4%-i dəniz nəqliyyatı ilə daşınmışdır.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 22,3%-i və ya 6 043,1 min tonunu tranzit yüklər təşkil edib”, – məlumatda qeyd edilib.