Lonq-Biç limanının konteyner dövriyyəsi artıb

187

ABŞ-ın 1911-ci ildə inşa edilən Lonq-Biç limanı, bu gün dünyanın aparıcı dəniz limanlarından biridir və Trans-Sakit okean istiqamətində daşınan yük axınları üçün bir mərkəzdir.  

“Seanews.az”-ın məlumatına görə, limanın konteyner dövriyyəsi 2020-ci ildə 8,1 milyon TEU təşkil edib.

2021-ci ilin yanvar-sentyabr aylarında isə Lonq-Biç limanında işlənən konteyner yüklərinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 24,3% artaraq 7,1 milyon TEU olub. Eyni zamanda, təxminən 2,5 milyon TEU həcmində  boş konteynerlər aşırılıb.