Saya oturan gəmiyə köməyə gedən qayıq batdı

194

Türkiyədə Tekirdağ  ərazisində, Mürefte limanında saya oturan “Ayaz Bey” adlı yedək gəmisinə köməyə gedən qayıq batıb. 

“Seanews.az” xəbər verir ki, qayıqdakı iki heyət üzvündən biri ölüb, digəri isə itkin düşüb.

Əraziyə Çanaqqala və Tekirdağ sahil güvənlik xidmətinin əməkdaşları cəlb olunub. Hazırda itkin düşən heyət üzvünün axtarışları davam edir.