Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

606

Gənclər və İdman Nazirliyi yeni istifadəyə verilmiş, aşağıda adları qeyd edilən tabe qurumların rəhbər vəzifələrinə sənəd qəbulu elan edir:

  1. “Tərtər Olimpiya İdman Kompleksi” MMC-nin direktoru;
  2. “Goranboy Olimpiya İdman Kompleksi” MMC-nin direktoru.
    “- Olimpiya İdman Kompleksi” MMC-nin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
  • ali təhsil;
  • idman sahəsində 2 il olmaqla, ümumi 6 il iş stajı;
  • yaşı həddi 50-dək.
  1. “Biləsuvar Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru;
  2. “Zərdab Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru;
  3. “Ağstafa Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru.
    “- Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
  • ali təhsil;
  • gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
  • yaşı həddi 35-dək;
  • minimum 1 xarici dil bilmək.
    ? Təqdim ediləcək sənədlər:
  • CV foto ilə (CV-də iddia edilən vəzifənin adı qeyd olunmalıdır)
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • ali təhsil haqqında diplomun surəti;
    ✅ Sənədlər 25 oktyabr 2021-ci il il tarixindən Gənclər və İdman Nazirlyinin Regionlarla iş və kadrlar şöbəsinə, elektron formada isə [email protected] ünvanına göndərilməlidir.
    ⏳ Müraciət üçün son tarix: 05 noyabr 2021-ci il
    ? Əlavə məlumat üçün telefon: (012) 465-65-71
    Ünvan: Bakı, AZ1072,Olimpiya küçəsi, 4