“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” saxta elanlar ilə bağlı -MƏLUMAT

673

Son zamanlar bəzi internet resurslarında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin adından işə qəbulla bağlı yayılır və bunun üçün vətəndaşlardan ödəniş tələb edilir.

DenizXeber.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin məlumatında deyilir.

İctimaiyyəti belə elanlara inanmamağa çağırır və bildiririk ki, Bakı Limanına işə qəbulla bağlı elanlar www.portofbaku.com rəsmi internet səhifəsində və rəsmi sosial şəbəkə səhifələrində verilir, CV-lər [email protected] ünvanında qəbul edilir.Bunun üçün isə namizədlərdən hər hansı ödəniş tələb edilmir və proses tam şəffaf formada həyata keçirlir.

Bir daha cəmiyyəti belə saxta məlumatlara aldanmamağa çağırırıq.