Tələbələrin nəzərinə!

352

Əziz tələbələr!

Sizi «ümumpeşə hazırlığı fənləri» və «ixtisas fənləri» üzrə olimpiadada iştiraka dəvət edirik!

Olimpiada hər fənn üzrə ayrılıqda keçiriləcək və tələbə fənn üzrə qoyulmuş sualları yazılı şəkildə cavablandırıb müsabiqə komissiyasına təqdim edəcəkdir.

Olimpiadanın qalibləri pul mükafatı ilə, diplomlar və sertifikatlarla təltif olunacaqlar.

“Ümumpeşə hazırlığı fənləri” və “ixtisas fənləri” istiqamətlərinin hər biri üzrə bir 1-ci yer, iki 2-ci yer, üç 3-cü yer təsis edilmişdir.

  • I yerin qalibləri 91-100 bal toplayan tələbələr arasından seçiləcəkdir. Qaliblər – 150 Azn pul mükafatı ilə və diplomla təltif ediləcəkdir.
  • II yerin qalibləri – 100 Azn pul mükafatı ilə və sertifikatlarla təltif ediləcəkdir.
  • III yerin qalibləri – 50 Azn pul mükafatı ilə və sertifikatlarla təltif ediləcəkdir.

Keçirilmə tarixi: 22-26 noyabr 2021-ci il, saat 1500 .

Ünvan: (Az 1000, Bakı şəhəri, Zərifə Əliyeva küç., 18.).

Müsabiqə haqqında ətraflı məlumat: 

ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsi. Otaq – 423.

Qeydiyyata alınmaq üçün ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etməyiniz zəruridir

adda.edu.az