Prezident təqaüdçüsü olan kapitan vəfat edib

295

Veteran dənizçi, kapitan, Prezident təqaüdçüsü Aslan Musayev 91 yaşında vəfat edib.

Bu barədə “Report” “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.

Məlumata görə, mərhum sabah dəfn olunacaq.

ASCO rəhbərliyi və kollektivi həmkarlarının doğmalarına başsağlığı verir, Allahdan rəhmət diləyir.

Xatırladaq ki, Aslan Musayev 1952-ci ildən 2009-cu ilədək fasiləsiz gəmiçilik sahəsində müxtəlif vəzifələrdə çalışıb.