Gürcüstan gələn il Qara dənizdə neft axtaracaq

200

Gürcüstan 2022-ci ilin mayında Qara dəniz şelfində neftin kəşfiyyatı üzrə işlərə başlayacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Neft və Qaz Agentliyi məlumat yayıb.

Bildirilib ki, genişmiqyaslı geoloji tədqiqatları Avstriya şirkəti həyata keçirəcək. İşlərin ümumi dəyəri 30 mln ABŞ dolları təşkil edir.

Qeyd edək ki, Gürcüstan bu ilin aprelində “OMV Petrom” şirkəti ilə məhsulun bölgüsü haqqında müqavilə imzalayıb. Sənədə əsasən, Avstriya şirkəti Gürcüstanda 7 illik fəaliyyət planı hazırlayıb.