Rusiya Əlcəzairlə birgə dəniz təlimlərinə başlayıb

210

Rusiya Əlcəzairlə birgə dəniz təlimlərinə başlayıb.

“Report”un xəbərinə görə, Rusiya noyabrın 20-dək davam edəcək birgə hərbi dəniz təlimləri üçün “Kalibr” qanadlı raketləri ilə təchiz edilmiş “Admiral Qriqoroviç” freqatı və yeni “Dmitri Roqaçev” patrul gəmisini göndərib.

Əlcəzair Hərbi Dəniz Qüvvələrinin “Harrad” freqatı, “La Summam” təlim gəmisi, “El Munjid” xilasetmə gəmisi, patrul təyyarəsi və axtarış-xilasetmə helikopteri təlimdə aşağıdakılar iştirak edir.

Təlimi keçirməkdə məqsəd iki ölkənin hərbi-dəniz qüvvələrinin birgə hərəkətlərini təcrübədən keçirmək, regionda təhlükəsizliyi gücləndirməkdir.

Dəniz təlimlərinə Əlcəzair Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Bölgəsinin komandanı, kontr-admiral Qaid Nordin və Qara Dəniz Donanmasının Novorossiysk Hərbi Dəniz Bazasının komandiri, kontr-admiral Viktor Koçemazov rəhbərlik edir.