Təqaüddə olan gəmi təmirçisi evində ziyarət olunub

224

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları təqaüddə olan gəmi boruçəkəni Sabir Muradovu doğum günü ərəfəsində evində ziyarət ediblər.

Ziyarət zamanı Sabir Muradovun gəmi təmirçiliyi sahəsindəki xidmətləri xatırlanıb, onun fəaliyyətinin gənc nəslə örnək olduğu bildirilib.

Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün kollektivin tərbriklərini, ona cansağlığı, uzun ömür arzulayıblar.

Sabir Muradov öz növbəsində ASCO ailəsinin qədirbilənliyinin ona yüksək əhval-ruhiyyə bəxş etdiyini söyləyib

Qeyd edək ki, Sabir Muradov 1945-ci il noyabrın 12-də anadan olub. O, ömrünün 40 ildən çox hissəsini gəmi təmirçiliyi sahəsinə həsr edib. “Bibiheybət” Gəmi Təmiri Zavodunda müxtəlif vəzifələrdə çalışıb.