ABŞ: “İran helikopteri Oman körfəzində ştatların hərbi gəmisinə yaxınlaşıb”

318

ABŞ və İran arasında gərginlik davam edir.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi İran Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Esseks döyüş gəmisinə yaxınlaşdığını bildirib.

“Bu təhlükəlidir, çünki səhv hesablamalara səbəb ola bilər”, – deyən Kirbi sözügedən hadisənin ABŞ-ın əməliyyatlarına təsir etmədən sona çatdığını qeyd edib.

O, hadisənin nə vaxt baş verdiyini açıqlamayıb.

Digər tərəfdən, iranlı pilotlar ABŞ hərbi gəmisinə yaxınlaşdıqları anları sosial şəbəkədə paylaşıblar.

Mənbə: İHA