BP: “Neft və qaz uzun müddət enerji sisteminin bir hissəsi olacaq”

291

“Neft və təbii qaz kimi yeraltı enerji daşıyıcıları hələ on illər ərzində qlobal enerji sisteminin bir hissəsi olacaq”.

“Report” CNBC-yə istinadən xəbər verir ki, bunu BP şirkətinin baş direktoru Bernard Luni (Bernard Looney) Əbu Dabi Beynəlxalq Neft Konfransında (ADIPEC) bildirib.

Ekspertin fikrincə, bərpa olunan enerji mənbələrinin tətbiqi istiqamətində görülən məqsədyönlü işlərə baxmayaraq karbohidrogenlər gələcəkdə də müəyyən qədər əhəmiyyət daşımağa davam edəcək. Odur ki, atmosferə zərərli tullantıları azaltmaq məqsədilə yeraltı yanacağın hasilatı ilə emalı arasında əlverişli tarazlığa nail olunmalıdır.

Neft-qaz tədarükünün kəskin ixtisarının yolverilməz olduğunu vurğulayan BP rəhbəri belə olan halda yanacağın geniş istehlakçılar üçün bahalaşacağını, nəticədə əhalinin yeni enerji mənbələrinə qarşı çıxacağını irəli sürüb.