Liviya sahillərində 75 miqrant boğularaq ölüb

514

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, Liviyadan Aralıq dənizi vasitəsilə Avropaya getmək istəyən miqrant qayığı qəzaya uğrayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, qəza nəticəsində 75-dən çox qanunsuz miqrant boğularaq ölüb.

Sağ qalan 15 nəfər Liviyanın qərbindəki Zuvara şəhərində gəmiyə mindirilərək xilas olunub.

Son faciə ilə bu il Aralıq dənizində həyatını itirən qanunsuz miqrantların sayı 1 300 nəfəri keçib.