Cənubi Koreya hökuməti “HMM” konteyner xəttindəki payını satmaq istəyir

301

Cənubi Koreya hökuməti 2022-ci ilin birinci rübündə “HMM” konteyner xəttindəki payını satmaq niyyətindədir.

“Seanews.az”-ın məlumatına görə, məsələ artıq “HMM”-də dövləti 40% payla təmsil edən Koreya İnkişaf Bankı (KDB) və Koreya Okean Biznes Korporasiyası (“Korea Ocean Business Corporation” – KOBC) kimi dövlət maliyyə institutları ilə müzakirə olunur.

Hökumət payının satışı planı ilin əvvəlində, Koreya İnkişaf Bankının “HMM”-də səhmdar olmasından 6 il sonra təqdim olunacaq. Daha sonra, xəttin iflasa uğramaması üçün KDB və digər kreditor banklar, şirkət “özünü bərpa etmə” planı təklif etdikdən sonra “HMM”-nin borcunu onun səhmlərinə dəyişdirəcəklər.

Koreya hökuməti qeyd edir ki, plan istiqrazların səhmə çevrilməsini nəzərdə tutacaq, lakin çətin ki, KDB və KOBC bütün qalan istiqrazlarını səhmlərə dəyişdirsinlər, onda  onların “HMM”-dəki payı 72%-ə qədər artacaq və bu zaman alıcı tapmaq çətin olacaq. “50% + 1 səhm paketinə sahib olmaq daha məqsədəuyğundur.

Sentyabrın 30-na olan məlumata görə, “HMM”-in hələ də təxminən 348 milyon dollar uzunmüddətli borcu var.