“Petkim” gələn il təmirə dayandırılacaq

251

SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksi gələn il planlaşdırılmış təmir işləri üçün dayandırılacaq.

“APA-Economics”in məlumatına görə, bunu “SOCAR-Türkiyə Emal və Neft-Kimya İş Birliyi”nin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, təmir işləri ilin ikinci yarısında həyata keçiriləcək.

A. Məmmədov onu da əlavə edib ki, “Petkim”in “STAR” Neft Emalı Zavodunun inteqrasiyası davam etdirilir, idarəetmə məsələlərində bu proses artıq başa çatıb, lakin IT (o cümlədən rəqəmsallaşdırma daxil olmaqla) sahəsində bu proses hələ davam edir.

A. Məmmədov əlavə edib ki, müəssisələrin inteqrasiyası işləri çərçivəsində artıq illik 35-40 mln. dollar həcmində qənaət əldə edilib.

Qeyd edək ki, SOCAR tərəfindən 2008-ci ildə səhmlərinin 51%-i alınan “Petkim” neft-kimya kompleksi Türkiyədə ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodudur. Türkiyə neft-kimya bazarının ən etibarlı tədarükçüsü olan “Petkim”in 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edilir.