Yeni LNG balkeri ildə 2 milyon ton dəmir filizi daşıyacaq

573

“Hyundai Steel” şirkətinin sifarişi ilə inşa edilən və böyük miqdarda dəmir filizi daşımaq üçün nəzərdə tutulmuş yeni gəmi yanacaq kimi yalnız mayeləşdirilmiş təbii qazdan istifadə edir.

“Seanews.az” xəbər verir ki, həm balker, həm də demək olar ki, bütün avadanlıqları Cənubi Koreyalı mütəxəssislər tərəfindən hazırlanıb və bu ölkənin müəssisələrində istehsal edilib. Bunun sayəsində bu layihənin icrası zamanı lokallaşma səviyyəsi 97%-ə çatıb.

 “HL Oceanic” adlandırılan yeni gəminin uzunluğu 292 metr, eni 45 metr, hündürlüyü 24,8 metr, dedveyti 180.000 tondur. Onun Avstraliya və Cənubi Koreya limanları arasında kommersiya xətlərində işləyəcəyi və ildə 2 milyon tona qədər dəmir filizi daşıyacağı gözlənilir. Artıq 2022-ci ilin martında sifarişçi bu  marşrutlarda dəmir filizi daşımaq üçün istifadə edilməsi planlaşdırılan eyni tipli ikinci – “HL Sunny” quru yük gəmisini alacaq.

“Hyundai Steel” (yeri gəlmişkən, ölkənin ikinci ən böyük polad istehsalçısı) ənənəvi tankerlərdən və artıq tanış olan (2018-ci ildən) balkerlərdən tutmuş balıqçılıq və digər ixtisaslaşdırılmış gəmilərə qədər müxtəlif tipli gəmilərin bütün LNG donanmasını yaratmağı planlaşdırır. Bu geniş gəmiqayırma proqramı şirkətin 2019-cu ildə Cənubi Koreyanın Balıqçılıq və Dəniz Ehtiyatları Nazirliyi, Milli Qaz Korporasiyası və “H-Line Shipping” ilə imzaladığı müqaviləyə əsaslanır.

Qeyd edək ki, gəmilərin inşası üçün sifarişlərin ümumi həcminə görə Cənubi Koreya Çindən sonra ikinci yerdədir, lakin son bir neçə ayda cəlb edilən yeni müqavilələrin ümumi dəyərinə görə Çini üstələyir.