Lonq-Biç limanında konteyner dövriyyəsi artıb

310

2021-ci ilin yanvar-noyabr aylarında ABŞ-ın Lonq-Biç limanında işlənmiş konteyner yüklərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 8,63 milyon TEU təşkil edib. Eyni zamanda, təxminən 3,1 milyon TEU boş konteyner aşırılıb.

“Seanews.az” xəbər verir ki, noyabrda isə konteyner dövriyyəsi demək olar ki, 5% azalaraq 745,5 min TEU təşkil edib.

1911-ci ildə tikilmiş Lonq-Biç limanı bu gün dünyanın aparıcı dəniz limanlarından biridir. Keçən il limanın konteyner ötürmə qabiliyyəti 8,1 milyon TEU olub.