Finlandiya Kouvolada yeni liman tikir

291

Finlandiyanın Kouvola şəhərində yeni quru yük limanının tikintisi 80% tamamlanıb. “Kouvola Rail and Road intermodal” terminalından (“Kouvola RRT”) bildiriblər ki, 42 hektar ərazidə intermodal terminalın yaradılması 2022-ci ildə başa çatdırılmalıdır, layihənin bu hissəsinin dəyəri 40 milyon avrodur.

“Seanews.az” xəbər verir ki, terminal Finlandiyanın ən uzun dəmir yolu xəttinə (uzunluğu 1,1 min m olan iki dəmir yolu xətti) malik olacaq ki, bu da ox yükü 25 tona qədər olan bir kilometrdən uzun qatarları idarə etməyə imkan verəcək. Bu, eləcə də limanda Rusiya standartına uyğun dəmir yolu xəttinin olması Şimali Avropa ilə Asiya arasında əlaqə rolunu oynayan layihənin mühüm üstünlüyü kimi qiymətləndirilir.

“Kouvola RRT”-nin layihə meneceri Tero Valtonenin dediyinə görə, terminal həm konteynerləri, həm də konteynersiz quru yükləri işləyə biləcək.