Bakı Limanının Müşahidə Şurasının iclası keçirilib

327

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, Müşahidə Şurasının sədri, Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədovun sədrliyi ilə keçirilən 10-cu iclasda Müşahidə Şurasının üzvləri, Cəmiyyətin Baş direktoru Taleh Ziyadov və Cəmiyyətin digər vəzifəli şəxsləri iştirak ediblər.

İclasda Cəmiyyətin 2021-ci il üzrə büdcəsinin icrası, 2022-ci il üçün büdcənin layihəsi, Gübrə terminalı layihəsi, Cəmiyyətin digər investisiya layihələri və s. müzakirə olunaraq, müvafiq qərarlar qəbul olunub.

Bundan başqa, iclasda Cəmiyyətin icra orqanı tərəfindən qaldırılan məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki,“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli Sərəncamına əsasən yaradılıb.