Missisipi çayı üzərində böyük neft terminalı tikilir

428

“NOLA Oil Terminal” Luiziana ştatının Missisipi çayı üzərində yerləşən Plakemins limanında 930 milyon dollar dəyərində neft terminalının birinci mərhələsinin tikintisinə başlandığını elan edib.

“Seanews.az” xəbər verir ki, terminal Missisipi çayının aşağı axarında, təxminən 65 hektar ərazidə tikiləcək. Layihə xam neft və neft məhsullarının idxalı və ixracı üçün yeni kanalların açılmasını nəzərdə tutur.

Layihənin birinci mərhələsi daha böyük gəmilərin qəbulu üçün iki dərin  körpünün, həmçinin barjların qəbulu üçün dokun tikintisini nəzərdə tutur. Bu mərhələnin başa çatdırılması gələn ilin ortalarına planlaşdırılır.

Layihənin ikinci mərhələsi “New-Panamax” və “Suezmax” daxil olmaqla əhəmiyyətli dərəcədə daha böyük gəmilərin Missisipiyə çıxışına imkan verəcək. Tikinti başa çatdıqdan sonra NOLA terminalı həftədə altı tanker qəbul edə və 10 milyon barelə qədər neft və neft məhsulları saxlaya biləcək.

Terminal tutumu 22 min TEU-ya qədər dünyanın ən böyük konteyner gəmilərini qəbul edəcək.