Dezinfeksiyaedici vasitə içən gənc dənizçinin həyatınını xilas etmək mümkün olmayıb

321

Həkimlər adı açıqlanmayan gəmidə dezinfeksiyaedici maddə içib komaya düşən 26 yaşlı ukraynalı dənizçinin həyatı üçün iki həftə mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.

“Seanews.az” xəbər verir ki, yük gəmisi Samsun sahillərində olanda  o, əvvəlcə spirtli içki, sonra isə naməlum miqdarda dezinfeksiyaedici vasitə qəbul etmişdi.

Vəziyyəti pisləşən dənizçi əvvəlcə gəmi ilə Samsun limanına, oradan da təcili yardım maşını ilə Samsun Tədris və Tədqiqat Xəstəxanasına aparılmışdı.

Xəstəxananın reanimasiya şöbəsinin yerli həkimlərinin müdaxiləsinə və onun müalicəsi üçün görülən bütün tədbirlərə baxmayaraq, gənc dənizçi həyatını itirib.