Bu şirkətlər işçi yığır: əmək haqqı 400-700-1200-2000 manat – 19 VAKANSİYA

629

VAKANSİYA 1

BESHOME MMC

Mühasib

Son tarix 21 yan 2022 

İş haqqında məlumat:

  • Mebel materiallarının uçotu: daxil olmalar, çıxış, yerdəyişmə, qalığın yoxlanılması;
  • Maliyyə uyğunsuzluqlarının yoxlanılması və aradan qaldırılması;
  • Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
  • Ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
  • Əmək haqqının hesablanması, ödənişi və qeydiyyatı;
  • Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq;
  • Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlamaq və təqdim etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • ƏDV ödəyici şirkətin hesabatlarını aparmağı bilməlidir 
  • Word və Excel proqramlarını bilməli;
  • Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
  • Analitik düşünmə qabiliyyəti.

Təminatlar:

  • Əmək haqqı 500- 700 azn arası 

Qeyd : BESHOME MMC ofis və məişət mebel istehsalı edən hüquqi şəxdir (şirkətdir) . Ünvan Keşlə qəsəbəsi Yeni Köndələn küçəsi 22/13 . 201 nömrəli məktəb yaxınlığındadır . Ofis anbar və istehsalat yeri bir binada yerləşir . 

İş saatları – 09:00 -18 :00 (13:00-14:00 nahar fasiləsi) 

İş günləri – 6 gün . Bazar istirahət günüdür . 

Əlaqə üçün:

Mob: 0702450245 (Vəfadar ) 

VAKANSİYA 2

AzəriMed QSC

Satış təmsilçisi

 Son tarix 21 yan 2022 

Tələblər:

  • Yaş: 20-40;
  • Təcrübə: Tibbi nümayəndə və ya Satış təmsilçisi sahəsində iş təcrübəsi üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi mütləqdir;
  • Şəxsi maşının olması üstünlükdür;
  • Effektiv kommunikasiya və müştəriyönümlü satış bacarığı.

Vəzifə öhdəlikləri:

  • Əczaçılıq kanalında brendləri inkişaf etdirmək;
  • Şirkət brendlərinin böyüməsi və inkişafı üçün şərait yaratmaq;
  • Müştərilərin mağazada qarşılanması və məhsullar barədə onlara ətraflı məlumat verilməsi;
  • Müştərilərə məhsul seçimində kömək edilməsi;
  • Məhsulların mağaza vitrinlərində verilmiş plana əsasən düzülməsi;
  • Görülmüş işlər haqqında gündəlik hesabatları hazırlamaq.

İş şəraiti:

  • İş qrafiki: Tam iş günü
  • Əmək haqqı: 450-600 AZN + bonus sistemi mövcuddur. Namizədin bilik və bacarığına əsasən fərdi yanaşma mümkündür.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Satış təmsilçisi” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

VAKANSİYA 3

AGRO – WEST DC LLC

Ticarət Nümayəndəsi (Satış Təmsilçisi, qida-şirniyyat qoluna)

Son tarix 21 yan 2022 

Bölgə: Bakı və regionlar

Əmək haqqı: 1000-2000 azn

Fəaliyyət sahəsi: Satış

İş qrafiki: Tam

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Təhsil: Ali/Orta

Vəzifəyə olan tələblər:

  • Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
  • Göstərilən xidmətlərin səviyyəsini  müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analizi aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
  • Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
  • Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
  • Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərə verilməsi;

Namizədə olan tələblər:

  • MS Office proqramlarını bilməsi arzu olunandır;
  • Satış üzrə minimum1 il təcrübə;
  • Soyuq satışların aparılmasında təcrübə;
  • Şəxsi avtomobil və B,BC kateqoriyalı sürücülük vəsiqəsinin olması vacibdir;

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə ” Ticarət Nümayəndəsi” yazaraq ünvanına göndərə bilərlər.

VAKANSİYA 4

Nurgun Holding

Satış nümayəndəsi

 Son tarix 21 yan 2022 

Əmək haqqı: 700 AZN-1000 AZN

İş haqqında məlumat:

  • Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq və qeyri-ərzaq mallarının satışını təşkil etmək;
  • Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
  • Təyin olunmuş satış planlarının icrası;
  • Müştərilərdən ödənişlərin toplanması;
  • Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
  • Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
  • Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
  • Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.

Tələblər:

  • Ali təhsil;
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobil;
  • Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;
  • Satışları təhlil etmək bacarığı;
  • Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
  • Bakı şəhərində qeydiyyatda olmalı;
  • Kompüterdə sərbəst işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
  • İnkişafa meyilli;
  • Öz üzərində işləyən;
  • Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
  • Yaş həddi 25-35 arası

Digər məlumatlar:

  • yüksək karyera imkanları;
  • iş saatları: 09:00-dan 18:00-dək;
  • 5 günlük iş qrafiki; 

CV göndərərkən mövzu qismində “ Satış nümayəndəsi” sözünün yazılması mütləqdir! 

Qeyd: Şəxsi avtomobilin olması mütləqdir.

VAKANSİYA 5

Golden Coast Hotel

Mühasib

Son tarix 21 yan 2022 

Əsas tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • Minimum 1 il iş təcrübəsi;
  • 1С və digər mühasibatlıq proqramında, MS Office-də işləmə bacarığı;
  • Vergi qanunvericiliyini bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
  • Elektron hökumət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • Xanım mühasiblər

Vəzifə öhdəliyi:

  • E-Qaimə fakturalarının yazılması;
  • Bank əməliyyatının həyata keçirilməsi; qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Gündəlik və aylıq daxili hesabatların hazırlanması və təqdim olunması;
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
  • Bütün rəsmi hesabatların göndərilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi üzrə hesablamaların aparılması.

Əmək haqqı: Razılaşma

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “mühasib” qeyd etməklə CV-lərini göndərə bilərlər.

İş yeri Bayılda yerləşir: Golden Coast Hotel.

VAKANSİYA 6

Şirniyyat mağazası

Mağaza Müdiri

Son tarix 21 yan 2022 

Tələblər:

  • Ali təhsil,
  • Qida sektorunda minimum 2 il idarəetmə
  • Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,
  • MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,
  • Komandada işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Mağaza müştəri xidmətləri bölmələrinin fəaliyyəti ilə bağlı baş ofis arasında koordinasiyanı təmin etmək və izləmək,
  • İşçi məmnuniyyətini və satış performansını artırmaq,
  • Mağazada müştəri bazasının yaradılması,
  • Müştəri şikayət / təklif sisteminin idarə edilməsi,
  • Mağazanı sərfəli və nümunəvi bir müəsissəyə çevirmək,
  • Lazımi hesabatların vaxtında və dəqiq şəkildə verilməsini təmin etmək,
  • Mağazadakı lojistik tətbiqetmələri həyata keçirmək.
  • Mağaza anbarına nəzarət
  • Vitrinə nəzarət

İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN (başlangıc)
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə,
  • İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış.

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Mağaza müdiri” yazaraq göndərə bilərlər 

VAKANSİYA 7

AzəriMed QSC

Satış məsləhətçisi

Son tarix 21 yan 2022 

Tələblər:

  • Yaş: 18-35;
  • Təhsil: Ali və ya orta ixtisas tibb təhsili mütləqdir (tibbi və biomühəndis ixtisasları üzrə məzunlara üstünlük verilir);
  • Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarığı mütləqdir, Türk və ingilis dili biliyi üstünlükdür;
  • Şəxsi avtomobilin olması üstünlükdür;
  • İşində dəqiq və məsuliyyətli olmaq;
  • Kommunikasiya və komanda içində işləmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • Tibbi ləvazimat, tibbi avadanlıq və tibbi sərf mallarının tanıtımının və satışının həyata keçirilməsi;
  • Şirkətin qoyduğu satış hədəflərinin yerinə yetirilməsi;
  • İxtisas həkimlərin müəyyənləşdirilib cəlb edilməsi, həkim bazasının formalaşdırılması, həkimlərlə və klinikanın təchizat əməkdaşları ilə  əlaqələrin qurulması;
  • İşgüzar və korporativ danışıqların aparılması;
  • Görülmüş işlər barədə gündəlik müvafiq hesabatların hazırlanması;
  • Xəstəxanada ediləcək əməliyatlarda iştrak etməsi;
  • Ölkədə və xaricdə müntəzam olaraq treninglərdə iştrak etmək və məlumatları mənimsəyərək öz bilik və bacarıq səviyyəsini artırmaq.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər – 09:00-18:00
  • Əmək haqqı: 400-1000 AZN + bonus sistemi mövcuddur. Namizədin bilik və bacarığına əsasən fərdi yanaşma mümkündür
  • Transport və ammortizasiya xərcləri (şəxsi avtomobil olduqda) şirkət tərəfindən qarşılanır

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Satış məsləhətçisi” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

VAKANSİYA 8

Zeytun Pharmaceuticals

Logistika üzrə mütəxəssis

Son tarix 21 yan 2022 

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan və Rus dilləri üzrə sərbəst biliklər, İngilis dili arzu olunandır
  • Logistika sahə üzrə ən azı 3 il iş təcrübəsi 
  • Microsoft Office proqramlarından istifadə bacarığı
  • 1C üzrə sərbəst biliklər
  • Analitik düşüncə tərzi
  • Ünsiyyət qurma bacarığı 
  • Komandada işləmə bacarığı və etibarlılıq 
  • Operativlik, dəqiqlik, məsuliyyət

Vəzifə öhdəlikləri:

  • Dərmanların qeydiyyatdan keçirilməsi üçün analitika və ekspertiza mərkəzinə sənədlərin təqdim edilməsi
  • Sənədlərdə problem olduqda, yaxud çatişmayan sənədləri əldə etmək üçün müvafiq xarici zavodlarla daimi əlaqənin yaradılması
  • İdxala icazə sənədlərin alınması üçün sənədlərini toplamak və müraciət etmək (tibbi ləvazimatlar və dərman vasitələri)
  • Analitik ekspertizada araşdırılmış problemlərin aradan qaldırması və həll edilməsi

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi siğorta ilə təmin olunma;
  • Əmək haqqı 1200+

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

VAKANSİYA 9

Nurgun Holding

Mühasib-operator

Son tarix 21 yan 2022 

Əmək haqqı :  600 AZN

İş barədə:

  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
  • Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və  başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
  • Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
  • İş təcrübəsi;
  • Beynəlxalq mühasibatlıq və maliyyə standartlarını bilməli;
  • Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
  • Təhlil aparmaq bacarığı;
  • İnkişafa meyilli;
  • Ciddi, məsuliyyətli, dəqiq olmalı;
  • Yaş həddi 27-35 arası

CV göndərərkən mövzu qismində vakansiyanın adının qeyd olunması xahiş olunur. 

VAKANSİYA 10

Irshad Electronics

Reklam üzrə mütəxəssis

Son tarix 21 yan 2022 

Tələblər:

  • Təhsil – Ali (xarici təhsili olanlara üstünlük verilir)
  • Cinsi  – bəy
  • Yaş – 25 – 35
  • Təcrübə – Reklam sahəsində minimum 2 il 
  • Dil biliyi – Azərbaycan səlis, Rus dili səlis (ingilis dili arzuolunandır)
  • Kompüter bacarığı – Ofis proqramları

Vəzifəyə tələblər

  • Mağazalar üzrə reklam ehtiyaclarının müəyyən edilməsi
  • Mağazaların daxili və fasad reklamlarının tərtibatı üzrə təkliflərin verilməsi
  • Vizual merçendayzinq üzrə təkliflərin verilməsi
  • Mağazalarda məhsulların sərgilənməsi üçün kreativ həllərin təmin edilməsi
  • Mağazalar üzrə reklam istehsalının və təchizatının idarə edilməsi
  • Mağazalarda marketinq aksiyalarının təşkil edilməsi

Şəxsi keyfiyyətlərə tələblər:

  • Təşəbbüskar
  • Ünsiyyətcil
  • Məsuliyyətli
  • Komandada işləmə bacarığı
  • Stresə davamlı

Əmək haqqı Namizədin təcrübəsindən asılı olaraq 1200 – 1500 AZN

VAKANSİYA 11

Nurgun Holding

Auditor-Təftiş

Son tarix 21 yan 2022 

 Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • Sahə üzrə min. 2 il iş təcrübəsi;
  • Sürücülük vəsiqəsi;
  • MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı)
  • Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
  • Maliyyə bilikləri;
  • Yazılı hesabat tərtib etmək təcrübəsi;
  • Təhlil və analiz etmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Servis üzrə maliyyə sahəsində çalışmış şəxslərə üstünlük veriləcək;
  • İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;
  • Yaş həddi: 28-35;  

İş barədə:

  • Gündəlik cari nəzarəti həyata keçirmək;
  • Maliyyə və mühasibatlıq sahəsində nəzarətin həyata keçirilməsi;
  • Anbarlarda yoxlamaların, mal (ehtiyat hissələrin) qalıqlarının və avadanlıqların inventarlaşmasının aparılmasını təmin etmək;
  • Xəzinə qalıqlarının və sənədlərinin yoxlanışlarını həyata keçirmək;
  • Debitor və kreditor borc qalıqlarının təhlilinin aparılması;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
  • Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
  • Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;

CV göndərərkən mövzu qismində “ Auditor ” sözünün yazılması mütləqdir!

VAKANSİYA 12

Baku Electronics

İş vaxtının uçotu üzrə mütəxəssis

Son tarix 21 yan 2022 

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə 1-3 ilədək iş təcrübəsi;
  • Azərbaycan dilində səlis nitqə sahib olması vacibdir (rus, ingilis dili biliyi arzu olunandır);
  • 1C proqramı və ofis proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Komanda şəklində işləmək bacarığı;
  • Nizam-intizamlı, məsuliyyətli, stressə davamlı;

Vəzifə öhdəlikləri:

  • Əmək Məzuniyyəti qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, sənədləşdirmək,arxivləşdirmək
  • İş vaxtının uçotuna daxil olan əməliyyat üzrə qanunvericiliyə əsasən əmək şəraiti şərtlərinin dəyişdirilməsinin sənədləşdirilməsini təmin etmək
  • Əmək şəraiti,  əmək funksiyası, başqa işə keçirmə, başqa işə müvəqqəti keçirmə, işçinin işdən kənar edilməsi hallarında iş vaxtının növlərinin təyin olunmasının təmini, izlənilməsi və nəzarətdə saxlanılması;
  • Sosial məzuniyyət hüququ və ondan istifadə qaydalarının icrasını təmin etmək və ona  uyğun müvafiq əməliyyatların aparılması; 
  • Ödənişsiz məzuniyyətdən istifadə qaydalarına uyğun  sənədləşməni təmin etmək; 
  • Yaradıcılıq və təhsil məzuniyyətindən istifadə qaydalarına uyğun olaraq  sənədləşməni təmin etmək;
  • Əmək münasibətlərinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinin qeydiyyatının aparılması;
  • Əmək məzuniyyətindən geriçağırma və başqa vaxta keçirilməsi şərtlərinin sənədləşdirilməsini  təmin etmək;
  • Əmək şəraitinə və əmək funksiyasının xususiyyətlərinə görə Əlavə məzuniyyətlərin verilməsinin sənədləşdirilməsini təmin etmək;
  • Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq, sorğular təqdim etmək və sistemdə yeniləmək;
  • Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;
  • İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması üçün müvafiq məlumatları daxil etmək və təqdim etmək;
  • Əlavə iş saatları,əlavə iş günü hesablanmasına dair müraciətləri qəbul etmək, davamiyyət üzrə uyğunluğunu yoxlamaq və üst rəhbərinə hesabat vermək;
  • Şirkətin İnsan resursları işlərinin elktron formada həyata keçirmək üçün istifadə olunan proqramlarında (1C. Uyumsoft: Daily attendance ) işləmək;

Müvafiq   tələblərə  uyğun  olduğunuz  təqdirdə  CV-izi  mövzu  hissəsində  müraciət  etdiyiniz vakansiyanın adını – İş vaxtının uçotu üzrə mütəxəssis qeyd etməklə elektron  ünvanına  göndərməyiniz xahiş olunur.

VAKANSİYA 13

Kontakt Home

Satış məsləhətçisi (Xırdalan)

 Son tarix 21 yan 2022 

Tələblər:

  • Satış təcrübəsi arzu olunandır;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Satış qabiliyyəti olmalı.

Vəzifələr:

  • Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək;
  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
  • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
  • Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.

VAKANSİYA 14

Nurgun Holding

Müştəri xidmətləri meneceri

 Son tarix 21 yan 2022 

Tələblər:

  • Ali təhsil;
  • Qeyd olunan vəzifədə iş təcrübəsi (minimum 1 il)
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmağı bacarmalıdır (ingilis dilini bilməsi arzuolunandır);
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Gülərüz, ünsiyyətcil,məsuliyyətli və diqqətli olmalı;
  • Xoşagələn xarici görünüş;
  • İnkişafa meyilli olmalı;
  • Kollektivlə işləməyi bacarmalı;
  • Yalnız xanım namizədlər üçün nəzərdə tutulub.

İş haqqında:

  • Müştərilərə lazım olan ilkin məlumatın verilməsi;
  • Müştərilərin lazımı şəxsə istiqamətləndirilməsi; 
  • Gələn zənglərin cavablandırılması və yönləndirilməsi;
  • Şirkətə ünvanlanmış məktub və digər sənədlərin qəbul edilməsi, yaxud aidiyyatı struktur vahidlərinə verilməsinin təşkili;
  • Müştəri məlumatlarının mərkəzi bazaya işlənməsi;
  • Müştəri sorğularının aparılması.  

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə “Müştəri xidmətləri meneceri” yazmaqla göndərə bilərlər.

VAKANSİYA 15

NOVCO Group of Companies

Maliyyə şöbəsində mühasib

Son tarix 21 yan 2022 

Vəzifə öhdəlikləri:

  • Vergi uçotu , DSMF, Statistika ilə bağlı əməliyyatların icra olunması
  • Bank əməliyyatlarının həyata keçirilməsi

Tələblər:

  • Təhsil: Ali (Maliyyə, Mühasibat, İqtisadiyyat)
  • Komputer bilikləri: MC Office- sərbəst işləmək bacarığı , 1C (8.2 , 8.3) proqramı – sərbəst işləmək bacarığı.
  • E-gov, e-taxes portalları ilə işləmək bacarığı.
  • Əmək və vergi qanunvericiliyinin əsaslarını bilmək
  • Mühasib vəzifəsində 2 ildən az olmayan təcrübə
  • Debitor və kreditorlarla hesablaşmalar üzrə təcrübə

Əmək şəraiti:

  • İş qrafiki: 5 günlük iş qrafiki

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini e-mailinə, mövzu hissəsində “ Mühasib” qeyd edib göndərilməsi xahiş olunur.

VAKANSİYA 16

Qala Group

Maliyyə departamentinə təcrübəçi

 Son tarix 21 yan 2022 

İş saatı:  09:00 – 18:00
İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Hesab-fakturaların qəbulundan ödənişə qədər tam kreditor borcları dövrünü idarə etmək, kodlaşdırma daxil olmaqla;
  • Fakturalar,satınalma sifarişlərinin uyğunlaşdırılması,təsdiqin alınnması və fakturaların daxil edilməsi;
  • Satıcılarla əlaqələri idarə etmək və effektiv tərəfdaşlıq qurmaq;
  • Sənədlərin götürülməsi də daxil olmaqla, bütün auditlər uçün dəstək toplamaqda komandaya kömək etmək;
  • Ehtiyac yarandıqda ad hoc layihələrə yardım etmək;

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Analitik düşüncə qabiliyyəti;
  • Təzyiq altında işləmək bacarığı.

Digər məlumat:

  • Beş günlük iş qrafiki .Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
  • Aylıq təqaüd – motivasiya ödənişləri

Xahiş olunur şəkilli CV-ləri və portfolionu e-mail ünvanına göndərin və mövzuda vakansiyanın  adını “Maliyyə departamentinə Təcrübəçi” qeyd edin.

VAKANSİYA 17

Kontakt Home

Instagram Story Manager

Son tarix 21 yan 2022 

Vəzifə öhdəlikləri:

  • Həftəlik/aylıq paylaşım planının hazırlanması və kontent təkliflərinin verilməsi;
  • İnstagram sosial şəbəkəsinin hekayə bölməsi üçün məhsulları araşdırmaq və məhsul tanıtımı ilə bağlı videolar çəkmək;
  • Hazırlanan paylaşımları plana əsasən vaxtı-vaxtında paylaşmaq;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.

Zəruri tələblər:

  • Xoş səs tonu və aydın nitqə sahib olmalı;
  • Yüksək ünsiyyət bacarığı olmalı;
  • Aktiv, çevik və məsuliyyətli olmalı;
  • Sosial Media Manageri kimi iş təcrübəsinin olması;
  • Sosial mediada olan trendləri və yenilikləri izləmək;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır. 

İş şəraiti:

  • İş qrafiki: I-V günlər, saat 09:00-18:00;
  • Ə/H bilik və bacarıqlara görə dəyişir.

VAKANSİYA 18

Kontakt Home

SMM üzrə inzibatçı

 Son tarix 21 yan 2022 

Vəzifələr:

  • Sosial şəbəkələrdə rəsmi səhifəyə gələn müraciətləri (şərh və mesajları) cavablandırmaq;
  • Müştəri məmnuniyyətini təmin etmək;
  • Satış yönümlü yazışma aparmaq;
  • Sosial mediada şirkət haqda rəyləri monitorinq etmək;
  • İş keyfiyyətini mütəmadi olaraq artırmaq.

Zəruri Tələblər:

  • Ali təhsili;
  • SMM üzrə iş təcrübəsi arzu olunandır;
  • Azərbaycan və rus dillərini şifahi və yazılı əla səviyyədə bilməli;
  • Daxil olan müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
  • Mehriban, səmimi və köməksevər olmalı;
  • Punktual və pozitiv olmalı;
  • Stresə dözümlü olmalı;
  • Şəxsi inkişafa yönümlü olmalıdır.

İş şəraiti:

  • Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
  • İş qrafiki: 09:00-dan 18:00-dək, 12:00-dan 21:00-dək
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı

VAKANSİYA 19

CRM Group

Mühasib (region)

 Son tarix 20 yan 2022 

Ucar,Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Biləsuvar, Bərdə, Ağdam, Tərtər, İmişli, Salyan, Sabirabad, Goranboy

  • Təhsil: Ali
  • İş təcrübəsi -1 ildən yuxarı
  • Bitmə tarixi Yanvar 20, 2022

İş barədə məlumat:

  • İş vaxtı: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək
  • İş yeri: CRM Group
  • Əmək haqqı: müsahibə əsnasında qiymətləndirmə aparılacaq
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Namizədə tələblər:

  • Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi (aliş, satış, bank emeliyyatları, ƏDV emeliyyatları, idxal, kassa )
  • ƏDV ilə hesablaşmalar
  • DSMF bilgiləri
  • Aylıq hesabatlarının tərtib edilməsi
  • EVF, E- və hesab fakturaların tərtibi
  • e-gov.az, e-taxes.gov.az-BTP –dən işləmə bacarığı
  • Təşkilat daxili mühasibat uçotunun aparılması
  • İnternet-bankinq, internet vergi idarəsi ilə işləmək
  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde “Mühasib+ hansı rayonda işləyə bilərsinizsə həmin rayon” qeyd edərək CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd: iş yeri qeyd olunan rayonlardadır, Bakı şəhərində deyil.

fed.az