Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

1668

Dövlət Dəniz və Liman Agentliyində yeni təyinat olub.

Oxu.Az-ın məlumatına görə, Renat Rzayev Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən agentlikdə sədr müavini vəzifəsini icra etməyə başlayıb.

1983-cü il təvəllüdlü Renat Rzayev 2004-cü ildə Dövlət Dəniz Akademiyasından “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisası üzrə məzun olub.

O, 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında Baş dövlət bayraq nəzarəti müfəttişi, böyük məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləyib.